Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) etibarlı yoxlama sistemi vasitəsilə İranda nüvə silahının hazırlanmayacağına zəmanət verə bilər.
"Report" xəbər verir ki, bunu AEBA-nın rəhbəri Rafael Qrossi İran və İsrail arasında gərginliyin artması ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasında bildirib.
"Lazımi siyasi iradə olduqda diplomatik həll mümkündür. Sazişin elementləri müzakirə olunub və AEBA etibarlı yoxlama sistemi vasitəsilə İranda nüvə silahının hazırlanmayacağına zəmanət verə bilər. Bu, Yaxın Şərqdə sülh gətirəcək və nüvə böhranının qarşısını alacaq uzunmüddətli sazişin əsası ola bilər", - o vurğulayıb.