Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kallas xarici ölkə vətəndaşlarının İrandan təxliyəsində Azərbaycanın rounu təqdir edib
Kallas xarici ölkə vətəndaşlarının İrandan təxliyəsində Azərbaycanın rounu təqdir edib

20 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında telefon danışığı aparılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, telefon danışığı zamanı, İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyətimüzakirə olunub.

Tərəflər İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyətindən ciddi şəkildə narahat olduqlarını bildirib, münaqişənin diplomatik yollarla həllinin vacib olduğunu vurğulayıblar. Avropa İttifaqı üzv ölkələrinin vətəndaşları daxil olmaqla, xarici ölkə vətəndaşlarının İrandan təxliyəsində Azərbaycanın oynadığı əhəmiyyətli rol təqdir olunub.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Son xəbərlər
Bütün xəbərlər »