Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran İsrailə 25-ə yaxın raket zərbəsi endirib
İran İsrailə 25-ə yaxın raket zərbəsi endirib

İsrail ordusu İrandan raket atdığını qeydə alıb. Ölkənin bir çox bölgələrində hava hücumu sirenası işə düşüb.

Bizimyol.info xəbər verir ki, mətbuatın verdiyi məlumata görə, Təl-Əviv yaxınlığında sirenlər səslənib və atəş zamanı ən azı bir güclü partlayış eşidilib.

"Ynet" portalının məlumatına görə, həyəcan təbili eyni vaxtda yəhudi dövlətinin bir çox yerlərində - şimaldan lap cənuba, o cümlədən Qırmızı dənizdəki Eylat bölgəsində elan edilib.

İsrail televiziyasının 12-ci kanalının məlumatına görə, İran bu dəfə İsrailə 25-ə yaxın raket atıb. Kanalın qeyd etdiyi kimi, bu, ilkin təxmindir.

Milli Təcili Yardım Xidməti ən azı iki nəfərin yaralandığını, birinin vəziyyətinin ağır, digərinin vəziyyətinin orta ağır olduğunu bildirib.

Ordu atəşin nəticələrini hələlik şərh etməyib. Eyni zamanda, hərbçilər vəziyyətə stabilləşdiyi barədə məlumat verərək əhalinin sığınacaqları tərk etmələrinə icazə verilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »