Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“AbzasMedia” işi üzrə həbs olunan jurnalistlərə hökm oxundu
“AbzasMedia” işi üzrə həbs olunan jurnalistlərə hökm oxundu

“Abzas Media” işi üzrə həbsdə olan 7 jurnalistin məhkəməsi yekunlaşıb. İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub.

Bizimyol.info xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyilə çıxarılan hökmə əsasən, AbzasMedia-nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, iqtisadçı Fərid Mehralızadə və “Turan” informasiya agentliyinin redaktoru Hafiz Babalı 9 il, jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova 8 il, mühasib Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Jurnalistlər son sözlərində onlara verilmiş ittihamlarla əlaqələrinin olmadığını deyib. Bildiriblər ki, onlar jurnalist fəaliyyətlərinə görə cəzalandırılırlar.

Jurnalistlərə qarşı Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1, 320.2 (sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə) maddələrilə ittiham irəli sürülüb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »