Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bizim vaxtımızda" - Yazının dəyəri... Cihazın dizaynı və klaviatura düzümü dəfələrlə dəyişdi - Video
"Bizim vaxtımızda" - Yazının dəyəri... Cihazın dizaynı və klaviatura düzümü dəfələrlə dəyişdi - Video

İlk daktilo 1714-cü ildə İngiltərədə patentləşdirilib. 1808-ci ildə italyan Pelleqrino Turri kor dostu, qrafinya Karolina Fantoni de Fivizzono üçün öz daktilosunu yaradıb. Onun yazışmaları bu günə qədər gəlib çatıb.

1830-cu ildə danimarkalı pastor Molling Huster öz versiyasını icad etdi. Belə bir maşın filosof Fridrix Nitsşeyə Milad hədiyyəsi olaraq verilmişdi.

Kommersiya baxımından uğurlu olan ilk yazı maşını 1868-ci ildə Viskonsin ştatından olan Kristofer Şols tərəfindən patentləşdirilib. İxtiradan seriyalı istehsala qədər bir neçə il keçdi, cihazın dizaynı və klaviatura düzümü dəfələrlə dəyişdi. Maşın Remington şirkətinə satıldı və 1873-cü il martın 1-də ilk 1000 ədəd Remington №1 maşınının istehsalı üçün müqavilələr imzalandı.

1868-ci ildə Amerikalı Frans Vaqner daha az məşhur olmayan Underwood yazı makinasını yaratdı.

Unutmadan qeyd edək ki, yazı makinasında çap olunan ilk bədii kitab 1876-cı ildə “Tom Soyerin macəraları” əsəri olub.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »