Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avstriyada məktəbə hücum nəticəsində ən azı 9 nəfər ölüb
Avstriyada məktəbə hücum nəticəsində ən azı 9 nəfər ölüb

Avstriyanın Qraz şəhərində orta məktəbə silahlı hücum nəticəsində 9 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Bizimyol.info xəbər verir ki, polis sözçüsü Fritz Qrundniq Qratsdakı Dreierschützengasse məktəbinə atəş açıldığını və çox sayda insanın yaralandığını açıqlayıb.

Qraz Bələdiyyə Başçısı Elke Kahr şəhərdəki orta məktəbə hücumda aralarında təcavüzkar da daxil olmaqla 9 nəfərin öldüyünü açıqlayıb. Kahr ölənlərin 7 tələbə, 1 böyük və hücum edənin olduğunu bildirib.

Baş nazir Kristian Stoker hücuma görə bütün proqramını ləğv edib, daxili işlər naziri Gerhard Karner isə hücumun baş verdiyi Qrasa gedib.

Ölkə mətbuatında çıxan xəbərlərə görə, ölkə tarixində bu böyüklükdə ilk hücumda 8 nəfəri öldürən təcavüzkar məktəbin tualetində intihar edib.

Hücum edən şəxsin məktəbdə şagird olduğu və mobbingə məruz qaldığı iddia edilib.

Son xəbərlər
Bütün xəbərlər »