İyunun 4-də səhər saatlarında İsrailin mərkəzində dəmir yolu xidmətində elektrik təchizatı sistemindəki texniki nasazlıq səbəbindən ciddi fasilələr yaranıb.
Bizimyol.info xəbər verir ki, İsrail Dəmir Yollarının mətbuat xidmətinin məlumatına görə, nasazlıq Lod ərazisində baş verib və bütün mərkəzi regionda qatarların hərəkət cədvəlində gecikmələrə və dəyişikliklərə səbəb olub.
Şirkət bunun "elektrikləşdirmə əlaqə şəbəkəsində nasazlıq" olduğunu qeyd edib.
"Mütəxəssislərdən ibarət qruplar nasazlığın aradan qaldırılması və qatarların hərəkətini normal vəziyyətə gətirmək üçün çalışır", - deyə rəsmi məlumatda bildirilir.
Sərnişinlərə İsrail Dəmir Yolları proqramında və internet saytındakı yeniləmələri izləmək, marşrut və cədvəllərdə dəyişiklikləri əvvəlcədən yoxlamaq tövsiyə olunur.
Qadir, Bizimyol.info