Qəzza zolağında baş verən döyüşlərdə 3 İsrail əsgəri həlak olub.
Bizimyol.info xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
İsrail Müdafiə Qüvvələrindən verilən açıqlamaya görə, ölənlərin hər üçü Givati piyada briqadasının əsgərləridir.
Onların Fələstin anklavının şimal hissəsində gedən döyüşlərdə həlak olduqları dəqiqləşdirilir.
"Kan" dövlət televiziyasının məlumatına görə, bu, iyunun 2-də axşam saatlarında, onların avtomobili partlayıcı qurğu ilə partladılan zaman baş verib.
Ölən 3 əsgərdən başqa daha iki əsgər isə orta-ağır xəsarətlər alıb və xəstəxanaya təxliyə edilib.
Qadir, Bizimyol.info