Bu gün səhər Lerik rayonunda zəlzələ qeydə alınıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, maqnitudası 3,6 olan zəlzələ yerli vaxtla saat 07.51-də Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda qeydə alınıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 15 kilometr olub. Zəlzələ episentrda 3 bala qədər hiss olunub.