Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Starship" raketinin buraxılışı uğursuz oldu: O, havada partlayıb
"Starship" raketinin buraxılışı uğursuz oldu: O, havada partlayıb

Amerikalı milyarder İlon Maska məxsus "SpaceX" şirkəti özünün ən güclü kosmik raketi "Starship"in 9-cu uçuş sınağını həyata keçirib.

Bizimyol.info xəbər verir ki, yanacaq sızması səbəbindən yüksəklik problemi yaşayan raket buraxıldıqdan 30 dəqiqə sonra havada partlayıb.

"SpaceX"ə məxsus "Starship" raketi ABŞ-ın Texas ştatındakı Starbase obyektindən GMT ilə saat 02:36-da uğurla buraxılıb. Raket "8 Starlink" peyklərini orbitə yerləşdirə bilməyib və daha sonra səyahət zamanı yük qapağı açılmadığı üçün əlaqəni itirib.

"SpaceX"in mövzu ilə bağlı etdiyi şərhdə, "Ulduz gəmisinin tez və planlaşdırılmadan parçalandığı" ifadə edilərək, növbəti uçuş testi üçün hazırlıqların davam edəcəyi vurğulanıb: “Bu cür testlərdə uğur öyrəndiklərimizdən irəli gəlir. Bugünkü sınaq bizə "Starship"in etibarlılığını artırmağa kömək edəcək, çünki "SpaceX" həyatı çox planetli etmək üçün çalışır”, - deyilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »