Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AADA 9-11 may tarixlərində “Yaşıl ölkə” adı altında elektrik avtomobillərin növbəti sərgisini təşkil edəcək
AADA 9-11 may tarixlərində “Yaşıl ölkə” adı altında elektrik avtomobillərin növbəti sərgisini təşkil edəcək

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) 9-11 may tarixlərində “Yaşıl ölkə” adı altında elektrik avtomobillərin növbəti sərgisini təşkil edəcək. “Park Bulvar” AVM ərazisində qurulacaq ekspozisiyada rəsmi dilerlərin təqdimatında ən müasir elektrik nəqliyyat vasitələri təqdim olunacaq.

Tədbirin rəsmi media tərəfdaşı Bizimyol.info portalı xəbər verir ki, sərginin təşkilatı dəstəkçisi Azərbaycan Avtomomobil Federasiyasıdır (AAF).

AADA 9-11 may tarixlərində “Yaşıl ölkə” adı altında elektrik avtomobillərin növbəti sərgisini təşkil edəcək

Sərginin rəsmi açılışından öncə AADA üzvləri Ulu Öndər, müasir Azərbaycanın banisi Heydər Əliyevin doğum gününə həsr olunan ənənəvi avto-yürüş təşkil edəcəklər. Ekoloji avtomobil karvanı paytaxt küçələrində fəxri dövrə vurduqdan sonra “Yaşıl ölkə” sərgisinə qatılacaq.

AADA İdarə Heyətinin sədri Eyyub Əliyev vurğulayıb ki, “yürüş və sərginin bir forum çərçivəsində birləşməsi tədbiri əsl festivala çevirəcək”.

Son xəbərlər
Bütün xəbərlər »