Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Xocalı abidəsini ziyarət edib. Bu haqda DTX-nin Mətbuat xidməti məlumat yayıb.
Bizimyol.info xəbər verir ki, fevralın 26-da Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri düzülüb, faciə zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.






