Ötən günlərdə yolumuz Göygöl Milli Parkına düşmüşdü. Pakın gözəlliklərini gözümüzlə görüb, çəkdik. Milli Parkdan çıxıb üzü Bakıya qayıdanda diqqətimizi baxımsız bir tarixi abidə çəkdi. Dağılmış, ot basmış bir tarixi abidə…
Yerli sakinlərin sözlərinə görə, abidə qədim Alban məbədi olub. Abidə sözün əsl mənasında zaman aşımına uğrayıb, dağılıb. İddialara görə, 1139-cu ildə baş verən zəlzələ nəticəsində abidənin bir hissəsi dağılıb. Etiraf edək ki, bu da inandırıcı görünmür. Abidənin orta əsrlərə aid olduğu da ehtimallar arasındadır. Deyilənə görə, abidə iki hissəli kilsə olub.
Yerli sakinlərin sözlərinə görə, Gəncədə belə tarixi abidələr çox olsa da, çoxu baxımsızlıqdan dağılıb, məhv olub. Bəziləri də məhv olmaq üzrədir.
Göygöldə diqqətimizi çəkən digər bina isə 1854-cü ildə tikilmiş keçmiş Alman Lüteran kilsəsi idi. Binada hazırda Göygöl rayon Tarix-Diyarşünaslıq muzeyi yerləşir. Muzeydə 1000-dən çox eksponat olsa da, belə bir binanın bu şəkildə istifadə edilməsi çox da ürəkaçan deyil...
İradə Cəlil, Bizimyol.info