Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ali Məhkəmənin adından "istifadə" - Şübhəli bilinən 3 nəfər haqqında cinayət işi başlanıb
Ali Məhkəmənin adından "istifadə" - Şübhəli bilinən 3 nəfər haqqında cinayət işi başlanıb

Ali Məhkəmənin adıyla dələduzluq etməkdə şübhəli bilinən 3 nəfər haqqında cinayət işi başlanıb. Onlar müxtəlif adamlara Ali Məhkəmədə baxılan işləri bağlı onların xeyrinə həll etmək vədi verib, pullarını ələ keçirməkdə ittiham olunurlar. Söhbət həm cinayət işləri, həm də mülki mübahisələrdən gedir.

Bizimyol.info xəbər verir ki, sözügedən 3 nəfər Ali Məhkəmənin Baş Prokurorluğa müraciəti əsasında məsuliyyətə cəlb olunub. Ali Məhkəmənin müraciətindən sonra araşdırma aparılıb və onlar haqqında cinayət işi başlanıb.

3 nəfərə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə ittiham irəli sürülüb.

Daha bir nəfər haqqında araşdırma aparılır.

“Məhkəmələrin, hakimlərin adından istifadə edərək, qanunsuz əməllərə yol verən şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək. Eyni zamanda vətəndaşlara tövsiyə edilir ki, hüquqi yardımın göstərilməsi ilə bağlı yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada həmin fəaliyyətlə peşəkar şəkildə məşğul olan şəxslərə və ya qurumlara müraciət etsinlər”, - Ali Məhkəmədən bildirilib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »