Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden və Netanyahu iyulun sonunda Vaşinqtonda görüşəcəklər - “Reuters”
Bayden və Netanyahu iyulun sonunda Vaşinqtonda görüşəcəklər - “Reuters”

ABŞ prezidenti Co Bayden iyulun sonunda Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə “Reuters” Ağ Ev nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Netanyahunun iyulun 24-də Vaşinqtona səfəri zamanı ABŞ Konqresində çıxış edəcəyi və iki ölkə liderləri arasında görüş gözlənilir.

Netanyahu 1996, 2011 və 2015-ci illərdə ABŞ qanunvericilərinə müraciət edib.

İyunun əvvəlində ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson İsrailin baş nazirinin iyulun 24-də ABŞ Konqresinin hər iki palatasının birgə iclasında yenidən çıxış edəcəyini təsdiqləyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »