Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: Ali Məhkəmənin qərarı siyasi "cadugər ovu"na son qoyacaq
Tramp: Ali Məhkəmənin qərarı siyasi "cadugər ovu"na son qoyacaq

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, ölkənin Ali Məhkəməsinin onun mühakimə olunmaqdan qismən toxunulmazlığı ilə bağlı qərarı ona qarşı təşkil edilən siyasi "cadugər ovuna" son qoyacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Ali Məhkəmənin qərarı ilə yaramaz ABŞ prezidenti Co Baydenin mənə qarşı təşkil etdiyi bütün cadugər ovuna son qoyacağı aydındır", - deyə keçmiş prezident yazıb. Siyasətçi həmçinin qeyd edib ki, ona qarşı bütün “haqsız ittihamlar” prezident seçkilərinə müdaxilə cəhdi hesab edilməlidir.

Baydenin özü bir qədər əvvəl bildirib ki, ABŞ Ali Məhkəməsinin Trampın işi ilə bağlı qərarı təhlükəli presedent yaradır və ölkədə qanunun aliliyinə xələl gətirir.

İyulun 1-də ABŞ Ali Məhkəməsi yenidən ölkədə ən yüksək dövlət vəzifəsinə namizədliyini irəli sürən Trampın qanuni təqibdən qismən toxunulmazlığa malik olması barədə qərar çıxarıb ki, bu da yalnız onun rəsmi vəzifələri çərçivəsindəki hərəkətlərinə şamil edilir. Qərar Trampın seçki məğlubiyyətindən sonra hakimiyyəti saxlamaq cəhdləri və 2021-ci ilin yanvarında Capitol Hill iğtişaşları ilə bağlı iddia edilən məhkəmə prosesinin uzanması deməkdir. Bu, Trampa seçki kampaniyasını davam etdirməyə imkan verir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »