Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dini mərasimdə faciə: 87 nəfər həyatını itirib, çoxu yaralı var
Dini mərasimdə faciə: 87 nəfər həyatını itirib, çoxu yaralı var

Hindistanın şimalında keçirilən dini mərasimdə 87 nəfər əzilərək ölüb, çoxlu sayda insan isə yaralanıb. Səlahiyyətlilər ölənlərin sayının artacağından narahatdır.

Bizimyol.info xəbər verir ki, Hindistanın Uttar Pradeş əyalətinin Hathras bölgəsində hinduların ritualı zamanı izdiham yaşanıb. Polisin verdiyi açıqlamada, aralarında uşaqların da olduğu ən azı 80 nəfərin həyatını itirdiyi və ölənlərin sayının artacağı ilə bağlı narahatlıqların olduğu bildirilib.

Hadisə zamanı yaralananlar pikap və motosikletlərlə ətraf xəstəxanalara aparılıb. İzdihamın hansı səbəbdən baş verdiyi hələ məlum olmasa da, səlahiyyətlilər hadisə ilə bağlı araşdırmalara başlayıb.

Hindistanda da kiçik ərazilərdə keçirilən izdihamlı mərasimlərdə təhlükəsizlik tədbirlərinə əməl olunmaması səbəbindən oxşar faciələr baş verir.

Böyük dini bayramlar zamanı da ölümlə nəticələnən hadisələrin tez-tez baş verdiyi barədə ölkə mətbuatı yazır. Belə ki, 2016-cı ildə hinduların Yeni ilini qeyd etmək üçün məbəddə qadağan olunmuş atəşfəşanlıq nümayişi zamanı baş vermiş böyük partlayışda ən azı 112 nəfər həlak olmuşdu.

2013-cü ildə Madhya Pradesh ştatında məbədin yaxınlığındakı körpüdə izdihamda 115 din xadimi həyatını itirmişdi.

2008-ci ildə Codhpur şəhərində məbəddə baş verən izdihamda təxminən 224 nəfər ölüb, 400-dən çox insan yaralanıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »