Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baydenin seçki qərargahı Trampla teledebatdan sonra 38 milyon dollar toplayıb
Baydenin seçki qərargahı Trampla teledebatdan sonra 38 milyon dollar toplayıb

ABŞ-ın hazırkı prezidenti ilə onun qarşıdan gələn seçkilərdəki rəqibi – keçmiş Amerika lideri Donald Tramp arasında teledebatdan sonra Co Baydenin seçki qərargahı dörd gün ərzində 38 milyon dollar toplayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə qərargahın məlumatlarına istinadən "The Washington Post" məlumat yayıb.

Qərargah nümayəndələrinin dediyinə görə, cümə axşamı, iyunun 27-də müzakirələr aparılarkən ən çox vəsait internet və poçt vasitəsilə daxil olub. İyun ayında Bayden tərəfdarları 127 milyon dollar toplaya biliblər. Dövlət başçısının Seçki Qərargahından verilən məlumata görə, ikinci rübdə o, 264 milyon dollar əldə edib ki, bu da birinci ilə müqayisədə 75 milyon dollar çoxdur.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Bayden Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb. Onların namizədliyi yaxın günlərdə keçiriləcək partiya qurultaylarında təsdiqlənəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »