Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanın hərbi təyyarəsi qəzaya uğrayıb - MN
Gürcüstanın hərbi təyyarəsi qəzaya uğrayıb - MN

Gürcüstan Müdafiə Nazirliyi (MN) "Su-25" hərbi təyyarəsinin planlaşdırılmış təlim zamanı qəzaya uğraması və pilotun ölümü ilə bağlı məlumatı təsdiqləyib.

Bizimyol.info Gürcüstan mətbuatına istinadən xəbər verir ki, nazirlikdən verilən məlumata görə, ölümlə nəticələnən hadisə Bolnisi bölgəsində (Kvemo Kartli bölgəsi) baş verib.

“Aviasiya komponentinin daxil olduğu planlaşdırılan hərbi təlimlər zamanı Müdafiə Qüvvələrinə məxsus təyyarələrdən biri qəzaya uğrayıb”, - deyə nazirliyin yaydığı açıqlamada bildirilir. Müdafiə Nazirliyinin məlumatına görə, "Su-25"in qəzaya uğraması nəticəsində Müdafiə Qüvvələrinin Aviasiya və Hava Komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həlak olub.

Müdafiə Nazirliyinin müvafiq xidmətləri artıq təyyarənin qəzaya uğramasının səbəblərini öyrənilməsi üçün araşdırmalara başlayıb.

Nazirlik faciə ilə bağlı təəssüfünü ifadə edir, həlak olan pilotun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, - deyə məlumatda qeyd edilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »