Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT Pakistanı keçmiş baş nazir İmran Xanı dərhal azad etməyə çağırıb
BMT Pakistanı keçmiş baş nazir İmran Xanı dərhal azad etməyə çağırıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Günahsız Həbslər üzrə İşçi Qrupu Pakistanın keçmiş baş naziri İmran Xanın günahsız həbs edilməsi ilə bağlı beynəlxalq hüququn pozulduğunu bildirib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, BMT-nin Günahsız Həbs İşçi Qrupunun verdiyi açıqlamada Xanın ən qısa zamanda həbsdən azad edilməsi üçün lazımi addımların atılması tələb olunub. Bəyanatda beynəlxalq hüquq normalarına uyğun olaraq İmran Xana təzminat ödənilməli və digər hüquqlarının bərpa edilməli olduğu bildirilib və sabiq baş nazirin həbsxanada “günahsız” saxlanıldığı iddia edilib.

Bəyanatda Xana qarşı irəli sürülən ittihamların hüquqi əsasa söykənmədiyi, ittihamların və məhkəmələrin “Xanın seçkilərdə iştirakına mane olmaq üçün siyasi motivli göründüyü” qeyd edilib.

Bəyanatda Pakistandan Xanın günahsız olaraq azadlıqdan məhrum edilməsi ilə bağlı halların tam və müstəqil araşdırılmasını təmin etməyə, eləcə də onun hüquqlarının pozulmasına görə məsuliyyət daşıyanlara qarşı lazımi tədbirlər görməyə çağırılıb.

"Geo News" televiziyasında yer alan xəbərə görə, ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel gündəlik mətbuat brifinqində bir jurnalistin sualına verdiyi cavabda İmran Xan məsələsinin Pakistanın daxili məsələsi olduğunu bildirib.

Patel: “Biz Pakistanı insan hüquqlarına və əsas azadlıqlara, o cümlədən ifadə azadlığına, birləşmək azadlığına, dinc toplaşmaq azadlığına, həmçinin din azadlığına hörmət etməyə çağırırıq”, - deyə bildirib.

Keçmiş baş nazir Xan haqqında daha əvvəl dövlət sirrini açıqlamaq və qeyri-qanuni nikaha girmək kimi ittihamlarla iddia qaldırılmışdı. Xan, mühakimə olunan müxtəlif işlərə görə 5 avqust 2023-cü ildən həbsdədir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »