Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Si Cinpinq: Astanada ŞƏT sammiti təşkilatda əməkdaşlığın yeni səhifəsini açacaq
Si Cinpinq: Astanada ŞƏT sammiti təşkilatda əməkdaşlığın yeni səhifəsini açacaq

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iyulun 3-4-də Astanada keçiriləcək sammiti assosiasiyaya üzv ölkələrin böyük ailəsini birləşdirəcək və əməkdaşlığın yeni səhifəsini açacaq.

Bizimyol.info xəbər verir ki, buna əminliyini iyulun 2-4-də Qazaxıstana dövlət səfəri edəcək Çin sədri Si Cinpinq bildirib.

“Dövlət səfərindən əlavə, Astanada ŞƏT sammitində iştirak edəcəyəm. Qazaxıstan tərəfi sədrliyi çərçivəsində bir çox səmərəli iş görüb ki, bu da təşkilatımızın nüfuzunun artmasına kömək etmişdir. Çin tərəfi bunu yüksək qiymətləndirir. Əminəm ki, birgə səylərlə Astana sammiti müsbət nəticə ilə başa çatacaq, böyük ŞƏT ailəsini birləşdirəcək və əməkdaşlığın yeni səhifəsini açacaq”, - deyən Çin liderinin “Çin və Qazaxıstan: yeni üfüqlər üçün ortaq istək” başlıqlı məqaləsində deyilir, mətn "Kazinform" agentliyi tərəfindən dərc olunub.

Si Cinpinq qeyd edib ki, Çin və Qazaxıstan beynəlxalq və regional məsələlərdə oxşar mövqelərə malikdir, ümumi, hərtərəfli, əməkdaşlıq və davamlı təhlükəsizlik konsepsiyasının həyata keçirilməsinin tərəfdarıdır, planetdə sülhə, qlobal inkişafa və ədalətli dünya nizamına nail olmağa çalışırlar: “Biz birlikdə “Çin - Mərkəzi Asiya” formatını yaratdıq, BMT, ŞƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, eləcə də digər çoxtərəfli platformalar çərçivəsində sıx qarşılıqlı fəaliyyət göstərdik, beynəlxalq əməkdaşlıq üzrə bir-birimizin konstruktiv təşəbbüslərini fəal şəkildə dəstəklədik, ümumi strateji, təhlükəsizlik və inkişaf maraqlarını qətiyyətlə müdafiə etdik”, - deyə o qeyd edib.

İyulun 4-də Astanada Müstəqillik Sarayında ŞƏT-ə üzv ölkələrin Başçıları Şurasının 24-cü iclası keçiriləcək. Təşkilatın baş katibi Zhang Mingin iştirakı gözlənilir. İclasa BMT-nin baş katibi Antonio Quterreş və bir sıra beynəlxalq təşkilatların rəhbərləri dəvət olunub.

ŞƏT 2001-ci il iyunun 15-də Şanxayda yaradılıb. Əvvəlcə altı ölkə - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistandan ibarət idi; 2017-ci ildə onlara Hindistan və Pakistan, 2023-cü ildə isə İran qoşuldu. Belarusun təşkilata qoşulması prosesinin yaxın vaxtlarda başa çatacağı gözlənilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »