Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
KXDR böyük döyüş başlığına malik taktiki raketi sınaqdan keçirdiyini bildirib
KXDR böyük döyüş başlığına malik taktiki raketi sınaqdan keçirdiyini bildirib

İyulun 1-də Koreya Xalq Demokratik Respublikasının (KXDR) Raket Elmi üzrə Baş İdarəsi yeni “Hwasong-11da-4.5” taktiki ballistik raketini uğurla sınaqdan keçirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Qeyd edilir ki, yeni raket 4,5 tona qədər çəkisi olan ultra iri döyüş başlığını daşımaq iqtidarındadır.

Sınaqlar çərçivəsində maksimum 500 km, minimum isə 90 km məsafədə 2 raket buraxılıb. "Bu, uçuşun sabitliyini və zərbənin hədəfə dəyməsinin dəqiqliyini təsdiqləmək üçün edilib", - deyə "KCNA" qeyd edir.

Bundan əlavə, agentlik iyul ayı ərzində raketin sınaq buraxılışlarını davam etdirəcəyini bildirib.

Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi iyulun 1-də KXDR-in Yapon dənizinə doğru iki ballistik raket atdığını açıqlayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »