Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SOCAR Azərbaycandan Bolqarıstana qaz ixracını müzakirə edib
SOCAR Azərbaycandan Bolqarıstana qaz ixracını müzakirə edib

Azərbaycandan Bolqarıstana qaz ixracı müzakirə olunub.

“Bizimyol.info”nun Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, bu müzakirələr bu gün SOCAR prezidenti Rövşən Nəcəf Bolqarıstanın energetika naziri Vladimir Malinov arasında keçirilən görüşdə aparılıb.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında enerji sektorunda əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, Cənub Qaz Dəhlizinin Avropanın, o cümlədən Bolqarıstanın enerji təhlükəsizliyindəki rolu qeyd olunub.

Bu xüsusda, ötən ay SOCAR-ın Bolqarıstanda sənaye müəssisələrinə təbii qaz tədarükünə başlamasından məmnunluq ifadə edilib, həmçinin SOCAR-ın Bolqarıstanda ofisinin açılmasının ölkələrimizin enerji sektorunda əlaqələrinin inkişafı baxımından əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı enerji sahəsində əməkdaşlığın cari vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Bütün xəbərlər »