Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya: Biz Ukrayna probleminin həlli ilə bağlı istənilən dialoqa açığıq
Rusiya: Biz Ukrayna probleminin həlli ilə bağlı istənilən dialoqa açığıq

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Ukrayna probleminin həlli ilə bağlı istənilən dialoqa açıqdır.

Bizimyol.info xəbər verir ki, Peskov paytaxt Moskvada aktual mövzularla bağlı jurnalistlərə açıqlama verib.

"Rusiya Ukrayna ilə vasitəçilər vasitəsilə danışıqlara hazırdırmı? sualına Peskov: "Rusiya prezidenti Vladimir Putin qarşıya qoyulan məqsədlərə çatmaq üçün hər cür ünsiyyət və dialoqa açıq olduğunu dəfələrlə bildirib. Putin buna açıqdır və bunu dəfələrlə dilə gətirib", - deyə cavab verib.

Mətbuat katibi Peskov Ukrayna əsgərlərinin Belarus sərhədində cəmləşməsi ilə bağlı sualı da cavablandırıb. "Təbii ki, bu vəziyyət təkcə Minski deyil, həm də Moskvanı narahat edir", - deyə o qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »