Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pakistanda ölüm cəzası alanlarla birgə 19 məhbus həbsxanadan qaçıb
Pakistanda ölüm cəzası alanlarla birgə 19 məhbus həbsxanadan qaçıb

Pakistanın Azad Cammu və Kəşmir bölgəsindəki Ravalakot həbsxanasından 6-sı ölüm cəzasına məhkum edilmiş 19 məhbus qaçıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, "Dawn" qəzetinin yazdığına görə, Azad Cammu və Kəşmirin Poonç rayonundakı Ravalakot həbsxanasında silahlı məhbus nahar vaxtı mühafizəçidən zorla açarları alıb və kameraların kilidini açıb.

6-sı ölüm cəzasına məhkum edilmiş 19 məhbus təhlükəsizlik səhlənkarlığından istifadə edərək həbsxanadan qaçıb. Xəbərlərdə məhbusun silahı necə və haradan əldə etməsi ilə bağlı məlumat verilməsə də, qaçış zamanı mühafizəçilərlə münaqişədə yaralanan məhbuslardan birinin xəstəxanada dünyasını dəyişdiyi bildirilib.

Həyəcan vəziyyətində olan polis məhbusları tutmaq üçün Poonç bölgəsinə giriş-çıxışını bağlayıb. Azad Cammu və Kəşmirin İnformasiya Katibi Ansar Yakup mətbuata açıqlamasında bildirib ki, nəzarətçi müavini də daxil olmaqla 8 həbsxana məmuru istintaq üçün saxlanılıb.

Yakup qeyd edib ki, Azad Cammu və Kəşmirin baş naziri Çaudri Ənvarul Hək də daxili işlər nazirinin katibi Bədar Müniri vəzifəsindən azad edib və hökumət Ali Məhkəmənin sədrindən istintaq üçün məhkəmə komissiyası yaratmağı tələb edib. Yaradılacaq komissiya öz vəzifəsinə etinasız yanaşan, məhkumlara yardım edən zabit və vəzifəli şəxsləri müəyyən edəcək. O, həmçinin qaçmağı asanlaşdıran amilləri müəyyən edəcək və belə hadisələrin qarşısını almaq üçün atılacaq addımları tövsiyə edəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »