Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Uşaqların erkən yaşda nikaha cəlb olunması və nikaha məcbur edilmə cinayət əməlidir, cəzası var"
"Uşaqların erkən yaşda nikaha cəlb olunması və nikaha məcbur edilmə cinayət əməlidir, cəzası var"

Son zamanlar sosial şəbəkələrdə qız uşaqlarının erkən yaşlarda nişanlanması, nikaha cəlb edilməsi faktları ilə qarşılaşırıq. Bu hadisələr əksər hallarda bölgələrdə müşahidə olunur. Görünən odur ki, ya bölgələrdə hüquq mühafizə orqanları bu işə ya göz yumur, ya cəzalandırma prinsipi qaydalara uyğun həyata keçirilmir, ya da tətbiq olunan cəzalar vətəndaşları çəkindirmir. Hər nədirsə, olan qız uşaqlarına olur. Onların gələcəyi kölgə altına düşür…

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, erkən yaşda nikahların təşkil edilməsi, qadınların nikaha məcbur olunması cinayət əməlidir və Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə qorunan bir hərəkətdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176-1.1 maddəsi yetkinlik yaşına çatmış qadınların nikaha məcbur olunmasından danışır.

Ramil Süleymanov / Foto: Bizimyol.info Ramil Süleymanov / Foto: Bizimyol.info

“Biz erkən nikahlardan danışırıqsa, burada 176-1.2 maddəsinə baxacağıq. Belə ki, yetkinlik yaşına çatmayan, nikah yaşına çatmayan şəxslərin, xüsusilə qadınların, nikaha məcbur olunması cinayət məsuliyyətinə səbəb olur”…

Hüquqşünas qeyd edib ki, bu cinayət məsuliyyətinə görə vətəndaşlar 3 min manatdan-4 min manata qədər miqdarda cərimə və ya 4 ilə qədər müddəti azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Ramil Süeymanov hesab edir ki, hər iki məsələ kifayət qədər dövlət üçün prioritet olmalıdır.

“Burada əsasən maarifləndirmə qeyri-hökumət təşkilatlarının, yerlərdə həm dövlət dəstəyi ilə həm beynəlxalq təşkilatların dəstəyi ilə fəaliyyətə cəlb olunması ilə təşkil olunmalıdır. Onların işləməsinin səmərəli olub-olmaması, təkcə yazılar və hesabatlar üzərindən deyil, əməli nəticələrdə özünü göstərməlidir”-deyə hüquqşünas bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »