Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Güclü potensiala malik kommunikasiya, yalnız Azərbaycan və Ermənistan arasında sülhlə mümkündür"
"Güclü potensiala malik kommunikasiya, yalnız Azərbaycan və Ermənistan arasında sülhlə mümkündür"

Mərkəzi Asiya ölkələri ənənəvi olaraq Rusiya və Çin vasitəsilə beynəlxalq bazarlara ixrac edirlər. Amma indi Xəzər dənizinin o tayında bunu etmək imkanı var. ABŞ-ın fikrincə, Türkiyə ilə həm Gürcüstan, həm də Ermənistan ərazisindən alternativ nəqliyyat marşrutu keçə bilər. Bu da həm nəqliyyat xərclərini azaldır, həm də geosiyasi müdaxilələrdən qoruyan alternativlər təqdim edir. ABŞ hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh Amerika üçün vacibdir. Çünki ticarət üçün ABŞ-a Rusiyadan başqa alternativ yol lazımdır. Həmin yol Azərbaycan, Ermənistan və Türkiyədən keçir.

ABŞ reallığı qəbul edir və bölgədəki nüfuzunu Fransa kimi məhv etməmək üçün "addım" atır? Yoxsa, Azərbaycan və Türkiyəyə qarşı "əks" mövqedən dayanmağın Rusiyaya qarşı "müttəfiq" itirmək olduğunu düşünür deyə belə çağırışlar edir?

Milli Məclisin deputatı Müşfiq Cəfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın ölkəmizə səfəri fonunda Azərbaycan-Amerika münasibətləri yenidən diqqət mərkəzindədir. ABŞ rəsmiləri regional sülh gündəliyinin irəliyə aparılmasına sadiqliyini və bu prosesi dəstəkləməyə hazır olduğunu vurğulayırlar. Səfər zamanı cənab prezidentlə görüşən Ceyms O’Brayn regional əməkdaşlıq, Orta Dəhliz məsələlərinin vacibliyini vurğulayıb.

Müşfiq Cəfərov Müşfiq Cəfərov

Deputatın fikrincə, hazırda global siyasətdə ciddi qütbləşmələrin getdiyi bir zamanda əksər güc dövlətlərinin diqqəti Cənubi Qafqaza birbaşa isə Azərbaycan-Ermənistan məsələlərinə yönəlib.

“ABŞ-ın məqsədi Orta Asiyadan malların ixracının Rusiya və Çindən deyil, alternativ yollarla, o cümlədən Azərbaycandan keçməsini təmin etməkdir. ABŞ digər böyük güclərdən kommunikasiya baxımdan asılılığa son qoymağa çalışır. Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına ixrac, hazırda yalnız Çin və Rusiya vasitəsilə həyata keçirilir və alternativ yol üçün Azərbaycanla əməkdaşlıq etmək lazımdır. Bu səbəbdən də indi ABŞ üçün əsas məqsədlərdən biri Azərbaycan və Ermənistan arasında sülh imzalanması, regional kommunikasiyaların bərpasıdır.

Ceyms O’Brayn qeyd edib ki, Mərkəzi Asiyadan məhsullar hazırda yalnız Rusiya və Çin vasitəsilə nəql edilə bilər və bu regiondan malların alternativ yollardan, o cümlədən Azərbaycandan keçməklə, tədarükü üçün Bakı ilə İrəvan arasında sülh vacibdir. Hətta Ceyms O’Brayn bildirib ki, Mərkəzi Asiya ölkələri məhsullarını dünya bazarlarına çıxarmaq üçün Azərbaycanla əməkdaşlıq etməlidir. ABŞ üçün potensial olaraq daha böyük marşrut Azərbaycan, Ermənistan və Türkiyədən keçə bilər. Bütün bunlara görə, ABŞ-a Qafqazda barışıq yaradacaq sülh sazişi lazımdır”-deyən deputat bildirib ki, alternativ və güclü potensiala malik olan kommunikasiya, yalnız Azərbaycan və Ermənistan arasında sülh olduğu təqdirdə mümkün ola bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »