Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makronun erkən seçki qərarı onun öz iflasına səbəb olur - Fransa mətbuatı
Makronun erkən seçki qərarı onun öz iflasına səbəb olur - Fransa mətbuatı

Fransa mətbuatı iyunun 9-da Milli Məclisi buraxan prezident Emmanuel Makronun Avropa Parlamenti seçkilərində ifrat sağçıların böyük fərqlə birinci yeri tutmasından sonra növbədənkənar seçkilər təyin etməklə öz sonunu gətirdiyini dəyərləndirib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Fransa seçkilərinin ilk turunun ilk nəticələri ifrat sağçı Milli Ralli (MN) partiyasının hər üç nəfərdən birinin səsini aldığını göstərərkən fransız mətbuatı Makronun parlamenti buraxmaq qərarını öz mandatı və partiyasının gələcəyini təhlükəyə atdığını yazıb.

  • Fransada keçirilən növbədənkənar ümumi seçkilərin birinci turunda ifrat sağçılar liderlik edir
  • Parisdə erkən seçkilərin birinci turu ifrat sağçıların seçki qutularından çıxacağı ilə bağlı narahatlıqlarla keçirilir.
  • Fransada növbədənkənar ümumi seçkilərin birinci turunda iştirak yüksək olaraq qalır

"Challenges" jurnalının “2024-cü il ümumi seçkiləri: Kral Makronun səltənətinin sonu” başlıqlı xəbərdə Makronun parlamnti buraxmaqla öz süqutuna səbəb olduğu qeyd edilib.

Xəbərdə Makronun keçmiş baş naziri Edouard Filippe, hazırkı İqtisadiyyat naziri Bruno Le Maire və daxili işlər naziri Cerald Darmaninin Makronun tənəzzülünü daha da sürətləndirdiyi bildirilib: “Bu ümumi seçkilər Makronizmin hakimiyyətinin sonunu göstərə bilər”, - deyə yazıda qeyd edilib.

“Le Monde” qəzeti ilk nəticələrə görə hökumətin seçkinin ilk turunda rəqibləri olan ifrat sağçı və solçuları geridə qoyduğunu “Məğlub olmuş Makron cəbhəsi 3-cü yerə çıxdı” başlığı ilə açıqlayıb. Qəzet başqa bir xəbərdə seçkinin ilk turunda 4-cü yeri tutan sağ mərkəzçi Respublikaçılar (LR) partiyasının ölkə daxilində hakimiyyətini itirdiyini qiymətləndirib.

Fransanın “Le Figaro” qəzeti “Ümumi seçkilər: Makronun uduzduğu mabahisəsi” başlıqlı hesabatında Makronun mərkəzdəki “blokunun” yox olmaq təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edib.

Xəbərdə: "Avropa (Parlament) seçkilərindən 3 həftə sonra Yeliseydə daha bir məğlubiyyət gecəsi", - deyə ifadə işlədilib.

İctimai yayımçı "Franceinfo" birinci turun nəticələrini tərtib edən hesabatında ifrat sağçı RN partiyasının seçkinin birinci turunda üstünlük təşkil etdiyini bildirib: “Emmanuel Makron Milli Assambleyanın buraxıldığını elan etməsindən 3 həftə sonra növbədənkənar ümumi seçkilərin birinci turu ifrat sağçı partiya və onun müttəfiqləri üçün görünməmiş bir uğurdur”, - deyə bildirib.

İlk turun qeyri-müəyyən nəticələrindən sonra seçkiləri şərh edən baş nazir Qabriel Attal bildirib ki, ifrat sağçılar hakimiyyətə gəlmək ərəfəsindədir. "RN-yə bir səs də getməməlidir" deyən Attal və "RN-nin ikinci turda mütləq çoxluq qazanmasının qarşısını almağa" çağırış edib.

İfrat sağçılar əleyhdarı nümayişçilər paytaxt Parisin simvolik əhəmiyyətli nöqtəsi olan Respublika meydanına toplaşıb. Fələstin bayraqları daşıyan nümayişçilər RN əleyhinə şüarlar səsləndiriblər.

Digər tərəfdən, ölkənin ikinci böyük şəhəri olan Lionda təxminən 800 antifaşist insan nümayiş keçirib. Nümayişçilər ictimai əmlaka ziyan vurub, zibil qutularını yandırıblar. Təhlükəsizlik qüvvələri Cümhuriyyət küçəsində nümayişçilərə bibər qazı ilə müdaxilə edib.

Bəzi maskalı fəallar Lionun 1-ci rayonunda bələdiyyə binasına daxil olmağa çalışsalar da, buna nail ola bilməyiblər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »