Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ultra-pravoslav yəhudilər hərbi xidmətə çağırışa etiraz edərək İsrail polisi ilə toqquşub
Ultra-pravoslav yəhudilər hərbi xidmətə çağırışa etiraz edərək İsrail polisi ilə toqquşub

Qərbi Qüdsdə məcburi hərbi xidmətə qarşı etiraz aksiyası zamanı ultra-pravoslavs yəhudilər (Haredim) İsrail polisi ilə toqquşub.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, on minlərlə Haredi insanı İsraildə məcburi hərbi xidmətinə etiraz etmək üçün Qərbi Qüdsün Measearim rayonundakı Şabbat meydanına toplaşıb.

Əllərində plakartlar daşıyan Haredim “Düşmən ordusunda xidmət etməyəcəyik”, “Ölsək də xidmət etməyəcəyik” kimi şüarlar səsləndiriblər. Etirazçılar Haredim bölgədən keçən İsrailin mənzil naziri Yitzhak Goldknopfun avtomobilini daşa basıblar. Onlar polisə də daş atmağa başlayıb və ərazidəki zibil qablarını yandırıb.

İsrail polisi süvari birlikləri ilə müdaxilə edərək TOMA-lardan iyli təzyiqli su çiləyərək minlərlə etirazçını dağıtmağa çalışıb.

İyunun 25-də İsrail Ali Məhkəməsi yekdilliklə ultra-pravoslav yəhudi kişilərin məcburi hərbi xidmətdən azad edilməsi üçün heç bir hüquqi əsas olmadığına və hərbi xidmətə uyğun olanların çağırışa cəlb edilməsinə qərar verib. Qərarda deyilirdi ki, hərbi xidmətə çağırılmayanlar dövlət tərəfindən maliyyələşdirilən sosial yardım və təhsil yardımlarından yararlana bilməyəcəklər.

Qərarın məcburi hərbi xidmət üçün uyğun olduğu təxmin edilən 67 min Haredi kişisinə toplu və ya mərhələli şəkildə çatdırılacağı hələ müəyyən edilməyib. Haredi kişilərinin hərbi xidmət keçməli olması qərarının siyasi və sosial nəticələri olacağı gözlənilir. Bu tarixən əhəmiyyətli qərar İsraildə yeni vətəndaş iğtişaşlarına səbəb olar və daxili münaqişəyə gətirib çıxara bilər.

Hərbi xidmətdən imtina edənlər bundan sonra dövlət dəstəyi almayacaqlar. Ultra-pravoslav yəhudiləri hərbi xidmətdən azad edən qanuni azadlığın müddəti 2024-cü ilin martında başa çatıb. Mart ayında Ali Məhkəmə, Benyamin Netanyahu hökumətinin ultra-pravoslav yəhudilərin hərbi xidmətdən azad edilməsinin yeni hərbi xidmət qanunu hazırlanana qədər uzadılması üçün əlavə vaxt tələbini rədd edib.

Məhkəmə həmçinin hələ hərbi şöbəyə yazılmamış Tövrat məktəblərində (Yeşivalar) təhsil alan Haredi tələbələri üçün hökumətin maliyyə vəsaitinin kəsilməsini əmr edib. İsrail parlamentində iyunun 11-də keçirilən səsvermədə Haredimləri məcburi hərbi xidmətdən azad edən qanun layihəsi səs çoxluğu ilə qəbul edilib.

Qanun layihəsinin qüvvəyə minməsi üçün ikinci və üçüncü oxunuşda təsdiqlənməsi lazımdır. Bunun üçün layihənin Milli Məclisin Xarici Əlaqələr və Təhlükəsizlik Komitəsində müzakirəyə çıxarılacağı gözlənilirdi.

Müxalifət partiyaları Haredimlərin hərbi xidmətdən azad edilməsini tənqid edərkən, Netanyahu hökumətində ultra-pravoslav yəhudiləri təmsil edən partiyalar Haredimlər üçün hərbi xidmətin məcburi olmasını nəzərdə tutan qanun layihəsinə qarşı çıxırlar.

Əksəriyyəti dini səbəblərə görə hərbi xidmətdən imtina edən Haredimlər 9 milyonluq ölkədə əhalinin təxminən 12 faizini təşkil edir. Ölkədəki Haredi yəhudilərinin əksəriyyəti Qərbi Qüdsdəki Meaşerim məhəlləsində və paytaxt Təl-Əvivin yaxınlığındakı Bney Brak şəhərində yaşayır.

Bir çox mövzuda dünyəvi yəhudilərlə fikir ayrılığı olan və cəmiyyətin qalan hissəsi ilə inteqrasiyadan imtina edən Haredi yəhudilərinin əksəriyyəti dinlərinin tələb etdiyi kimi yaşaya bilmədiklərini əsas gətirərək orduda xidmət etməkdən imtina edirlər.

İsraildə kişilər və qadınlar üçün 3 il məcburi hərbi xidmət var. Ultra-ortodoks yəhudiliyi təqib edən Haredimlər, 26 yaşına qədər Tövrat kurslarında (Yeşiva) təhsil aldıqları təqdirdə hərbi xidmətdən azad edilirlər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »