Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baydenin ailəsi onu seçkidən çəkilməməyə təhrik edir - CNN
Baydenin ailəsi onu seçkidən çəkilməməyə təhrik edir - CNN

ABŞ prezidenti Co Baydenin ailəsi onun fəlakətli debat performansından sonra onu yarışda qalmağa razı salmağa çalışır.

Bizimyol.info xəbər verir ki, bu barədə bazar günü CNN mənbələrə istinadən məlumat yayıb.

Agentliyin verdiyi məlumata görə, prezidentin yaxınları onu mübarizəni davam etdirməyə çağırır və Kemp Deviddə ailə toplantısında ona “birmənalı dəstək” ifadə ediblər.

Daha əvvəl "NBC" televiziyası mənbələrə istinadən xəbər vermişdi ki, Baydenin seçki yarışında sonrakı iştirakı onun həyat yoldaşı Cil Baydendən asılıdır.

İyunun 27-də Corciya ştatının Atlanta şəhərində Bayden və onun seçki yarışındakı əsas rəqibi Donald Tramp arasında teledebat baş tutub. CNN-in sorğusuna əsasən, debatı izləyən izləyicilərin üçdə ikisi müzakirələrdə Trampın qələbə qazandığını bildirib. "The Wall Street Journal" xəbər verir ki, onların fikrincə, Baydenin uğursuz çıxışı səbəbindən ABŞ Konqresindəki Demokratlar arasında çaxnaşma başlayıb. Bəziləri Demokratlardan prezidentliyə yeni namizəd tapmağa ümid edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »