Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Ukraynada “qələbə nəzəriyyəsi” formalaşdırır - MTİ
Putin Ukraynada “qələbə nəzəriyyəsi” formalaşdırır - MTİ

“Rusiyanın dövlət başçısı Vladimir Putin Ukraynaya qarşı müharibədə “qələbə nəzəriyyəsi formalaşdırıb” və güman edir ki, rus işğalçı qüvvələri ukraynalıların uğurlu əks-hücum əməliyyatları keçirməsinə, eləcə də əsgərlər arasında qarşıdurma yaratmaqla onların qalib gəlməyə istəyinə mane olmaqla, tədricən sürünən irəliləyişini qeyri-müəyyən müddətə davam etdirə bilər”.

Bizimyol.info xəbər verir ki, ABŞ Müharibənin Tədqiqi İnstitutunun (MTİ) yeni hesabatına görə, Rusiya hərbi komandirləri indi sürətli manevrlər vasitəsilə əhəmiyyətli əməliyyat nailiyyətləri əldə etmək məqsədi daşıyan genişmiqyaslı hücuma başlamaqdansa, tədricən nə isə əldə edə biləcək ardıcıl hücum əməliyyatlarına üstünlük verirlər.

“Putin və Rusiya hərbi komandirləri, Rusiya qüvvələrinin illər olmasa da, aylar ərzində ayrı-ayrı əməliyyat məqsədləri həyata keçirməli ola biləcəyi reallığını qəbul edirlər”, - deyə analitiklər qeyd ediblər.

MTİ hesab edir ki, Putinə qarşı çıxmaq və müharibənin uzadılmasının qarşısını almaq üçün Qərb dövlətləri Ukraynaya əks-hücum əməliyyatları üçün lazımi dəstəyi verməyə tələsməlidir.

Rusiya işğalçıları Ukrayna torpaqlarında, xüsusən də Donbassın bəzi hissələrində irəliləməyə çalışırlar. "DeepState" analitikləri rus ordusunun Donetsk bölgəsində irəliləyə bildiklərini bölüşdülər. Onların irəliləməsi Evgenovkada, eləcə də Sokol və Novoaleksandrovka ərazilərində qeydə alınıb.

Ukrayna əsgərləri ruslara layiqli cavab verir - onların canlı qüvvəsini fəal şəkildə məhv edirlər. 30 iyun 2024-cü il tarixinə olan məlumata görə Rusiya Federasiyası təxminən 542.700 hərbçisini itirib.

Almaniyanın Moskvadakı keçmiş səfiri və Almaniya Federal Kəşfiyyat Xidmətinin keçmiş vitse-prezidenti Rüdiger fon Fritşin sözlərinə görə, indi Vladimir Putin “bu müharibəni bitirməkdə qətiyyən maraqlı deyil”, çünki o, Ukrayna dövlətinə qarşı təcavüzünün “sonda mükafatlandırılacağını” gözləyir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »