Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stoltenberq: NATO-nun Avstraliya, Cənubi Koreya, Yaponiya ilə əlaqələri gücləndirəcək
Stoltenberq: NATO-nun Avstraliya, Cənubi Koreya, Yaponiya ilə əlaqələri gücləndirəcək

Alyans Avstraliya, Yeni Zelandiya, Koreya Respublikası və Yaponiya da daxil olmaqla Asiya-Sakit Okean regionu ölkələri ilə əməkdaşlığı gücləndirməyə davam edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə NATO-nun səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq "Yomiuri" qəzetinə müsahibəsində bildirib.

"Biz tərəfdaşlığımızı əhəmiyyətli etməliyik", - deyə qeyd edib. Stoltenberqin sözlərinə görə, söhbət silahlara nəzarət, texnologiyanın inkişafı, kiberhücumlara qarşı mübarizə kimi sahələrdə əməkdaşlığın gücləndirilməsindən gedir.

NATO-nun Tokioda ofisinin açılması perspektivlərindən danışan baş katib Şimali Atlantika Alyansının iyulda keçiriləcək sammitində bununla bağlı hər hansı bir qərarın verilməyəcəyini bildirib.

Son illər Yaponiya NATO ilə əməkdaşlığı fəal şəkildə genişləndirir. Baş nazir Fumio Kişida artıq iki dəfə alyans sammitlərində iştirak edib. NATO-nun Brüsseldəki qərargahında Yaponiyanın daimi nümayəndəliyi fəaliyyət göstərir.

2023-cü ildə NATO Tokioda daimi nümayəndəliyin açılması məsələsini aktiv şəkildə müzakirə etməyə başladı. Bu, alyansın Asiyada fəaliyyətinin mərkəzinə çevrilməli idi. Keçən ilin iyulunda NATO-nun Vilnüs sammitində müvafiq qərarın veriləcəyi gözlənilirdi, lakin bu məsələdə ümumi razılıq əldə olunmayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »