Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİN İsrailin Belqraddakı səfirliyində terror aktını törədənin kimliyini açıqlayıb
DİN İsrailin Belqraddakı səfirliyində terror aktını törədənin kimliyini  açıqlayıb

İsrailin Belqraddakı səfirliyində xidmətdə olan serb jandarmını "arbalet"lə güllələyən və cavab atəşi ilə zərərsizləşdirilən terrorçu, ilkin məlumatlara görə, radikal islamçı hərəkata mənsub olub.

Bizimyol.info xəbər verir ki, bunu Serb Respublikasının Daxili İşlər Nazirliyinin (DİN) rəhbəri İvitsa Daçiç deyib.

“Terror aktını 1999-cu ildə Mladenovac şəhərindən olan Miloş Zuyoviç törədib, o, adını Salahudin qoyub”, - deyən nazirin sözləri respublika Daxili İşlər Nazirliyinin saytında yerləşdirilən bəyanatda yer alıb.

İdarədən verilən məlumata görə, Daçiç Yəhudi Dövlətinin Serbdəki səfiri Yahel Vilan ilə telefon danışığı aparıb. “İlkin məlumatlara görə, hücum edən şəxs çox güman ki, vəhhabi hərəkatının üzvü olan Serbiya vətəndaşıdır”, - deyə serbiyalı nazir bildirib.

Daxili İşlər Nazirliyinin də qeyd etdiyi kimi, gücləndirilmiş təhlükəsizlik tədbirləri təkcə paytaxtda deyil, bütün ölkə ərazisində tətbiq edilir. Hüquq-mühafizə orqanları araşdırma aparır.

İyunun 29-da bir nəfər İsrail səfirliyini qoruyan Serb  Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşını boyun nahiyəsindən "arbalet"lə atəş açaraq ağır yaralayıb. Xəsarət alan hüquq-mühafizə orqanının əməkdaşı Belqrad xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Daçiç bildirib ki, söhbət Serb respublikasına və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı yönəlmiş terror aktından gedir. İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, diplomatlardan heç biri xəsarət almayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »