Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran mühafizəkarları prezident seçkilərinin ikinci turunda Cəlilini dəstəkləyəcək
İran mühafizəkarları prezident seçkilərinin ikinci turunda Cəlilini dəstəkləyəcək

İranın ən böyük mühafizəkar siyasi hərəkatlarından biri olan İslam İnqilabı Qüvvələri Koalisiya Şurası o cümlədən vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimi və əvvəllər namizədliklərini geri götürmüş Tehran meri Əlirza Zəkani ikinci turda öz həmfikirlərini - İran liderinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəliliyə səs verməyə çağırıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə hərəkatın saytında məlumat verilib.

“Seçkilərin ikinci turu Səid Cəlili ilə Məsud Pezeşkian (islahatçı qanadın nümayəndəsi) arasında rəqabətin olacağına görə İslam İnqilabı Qüvvələrinin Koalisiya Şurası Pezeşkiana hörmətini nümayiş etdirməklə yanaşı, ölkə daxilindəki həmfikirlərini və tərəfdarlarını bütün imkanlarını işə sallaraq Səid Cəliliyə dəstək nümaiş etdirməyə çağırır”, - deyə yayılan bəyanatda qeyd edilir. Cəlilinin namizədliyini “İslam İnqilabının İzləyiciləri Şəbəkəsi” mühafizəkar hərəkatı da dəstəkləyib.

"X" sosial şəbəkəsində Qazizade Haşimi də Cəliliyə dəstək çağırışı edib. Zəkani "X" platformasında yayımladığı bəyanatda qeyd etdi ki, “gələcək həftə inqilab cəbhəsi üçün həlledici həftədir, əgər birinci turda inqilabi qüvvələr arasında fikir ayrılığı vardısa, indi Uca Tanrı ikinci şans verdi, ikinci turda artıq fikir ayrılığı qalmayacaq, yeganə düzgün seçim Cəliliyə səs vermək olacaq.

İranda prezident seçkilərinin birinci turunda üçüncü yeri tutan və yarışdan kənarda qalan İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf birinci turun rəsmi nəticələrinin açıqlanmasından bir saat sonra ikinci turda Cəliliyə səs verməyə çağırıb. İslam İnqilabı Qüvvələrinin Koalisiya Şurası mühafizəkar namizədi açıq şəkildə dəstəklədiklərinə görə Qalibaf, Qazizadə Haşimi və Zəkaniyə təşəkkür edib.

İyunun 28-də İranda ölkə rəhbəri İbrahim Rəisinin mayın 19-da vəfatı ilə əlaqədar keçirilən növbədənkənar prezident seçkiləri keçirilib. Səslərin hesablanması başa çatdıqdan sonra İslam Respublikasının seçki qərargahı bildirib ki, namizədlərdən heç biri birinci turda qələbəni təmin edəcək 50%-dən çox səs toplamayıb. İslahatçı Pezeşkiyan ümumi səslərin 42%-ni, Cəlili isə 38%-ni toplayıb. Bununla bağlı iyulun 5-də baş tutacaq ikinci tur təyin edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »