Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kuleba ÇXR-in nümayəndəsi ilə Ukraynadakı münaqişənin həllini müzakirə edib
Kuleba ÇXR-in nümayəndəsi ilə Ukraynadakı münaqişənin həllini müzakirə edib

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Çin Xalq Respublikası (ÇXR) hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo ilə Ukrayna münaqişəsinin həlli perspektivlərini müzakirə edib.

Bizimyol.info xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, görüş Xorvatiyada keçirilən Dubrovnik Forumu çərçivəsində baş tutub. Kuleba həmsöhbətini Bürgenstokda keçirilən son konfrans haqqında məlumatlandırıb, bundan sonra tərəflər Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün gələcək səylər barədə fikir mübadiləsi aparıblar.

İyunun 15-16-da Bürgenstokda Ukrayna üzrə konfrans keçirilib. İsveçrə Rusiyanı buna dəvət etməyib.

Nümayəndə heyətləri arasında kollektiv Qərbin nümayəndələri üstünlük təşkil edirdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »