Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərəb Liqası: Artıq Livan Hizbullahını terror təşkilatı kimi təsnif etmirik
Ərəb Liqası: Artıq Livan Hizbullahını terror təşkilatı kimi təsnif etmirik

Ərəb Liqasının baş katibinin müavini Husam Zəki bəyan edib ki, Ərəb Liqası “artıq Livan Hizbullahını terror təşkilatı kimi təsnif etmir”.

Bizimyol.info xəbər verir ki, Ərəb Liqasının baş katibinin müavini Husam Zəki Beyruta səfərindən sonra Misirin "Əl-Qahirə Əl-İxbariyyə" televiziyasına bu barədə açıqlama verib.

Ərəb Liqasının əvvəlki qərarlarında “Hizbullahın terrorçu kimi təsnif edilməsinə” diqqət çəkən Zeki, bu qərarlar əsasında Hizbullah ilə əlaqənin kəsildiyini xatırladıb: “Ərəb Liqasına üzv dövlətlərin Hizbullahı terror təşkilatı adlandırmamaq üçün razılaşdıqlarını bildiriblər”, - deyən Zeki, yeni qərarın Ərəb Liqası və Hizbullahın ünsiyyət qurmasına yol açdığını bildirib. O qeyd edib ki, Ərəb Liqası artıq Hizbullahı terror təşkilatı kimi təsnif etmir.

Martın 2-də Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) qəbul etdiyi qərardan sonra Ərəb Liqası 2016-cı il martın 11-də Hizbullahı “terror təşkilatı” kimi təsnif edib və “ekstremizm və məzhəbçiliyi yaydığını” açıqlayıb.

Dünən Livan mətbuatında çıxan xəbərə görə, Ərəb Liqası baş katibinin müavini Zeki Beyruta səfəri zamanı Hizbullaha bağlı “Müqavimətə Sadiqlik” blokunun lideri, millət vəkili Məhəmməd Raad ilə görüşüb. Bu görüş Ərəb Liqası ilə Hizbullah arasında 10 ildən artıq müddətdə ilk təmas kimi qeydə alınıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »