Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peskov Kim Çen Inın Putinə verdiyi itlərin adaptasiya olunduğunu deyib
Peskov Kim Çen Inın Putinə verdiyi itlərin adaptasiya olunduğunu deyib

Şimali Koreya lideri Kim Çen Inın Rusiya prezidenti Vladimir Putinə hədiyyə etdiyi nadir "Pungsan" cinsindən olan iki it artıq Moskvada adaptasiya olunur.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatına dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

"Bəli. Moskvada itlər uyğunlaşma prosesindən keçirlər", - Kreml nümayəndəsi itlərin gətirilib lazımi prosedurlardan keçib-keçmədiyini soruşduqda cavab verdi.

Putin iyunun 18-19-da Kora Xalq Demokratik Respublikası (KXDR) paytaxtında dövlət səfərində olub. Dövlət başçıları bir-birlərinə hədiyyələr veriblər. Rusiya prezidentinə hədiyyə edilənlər arasında KXDR-dən kənarda olduqca nadir və praktiki olaraq naməlum cinsdən olan iki ov iti də var.

Daha əvvəl Peskov Moskvada bütün lazımi prosedurları yerinə yetirdikdən sonra itlərə ləqəb veriləcəyini bildirmişdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »