Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Orban: Yalnız sağçı partiyalar Aİ-ni böhrandan çıxara bilər
Orban: Yalnız sağçı partiyalar Aİ-ni böhrandan çıxara bilər

Avropa İttifaqı (Aİ) tənəzzüldədir və xristian sivilizasiyasının böhranını yaşayır, Avropanı bundan yalnız ənənəvi dəyərlərə sadiq qalan sağçı partiyalar çıxara bilər.

Bizimyol.info xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban “Magyar Nemzet” qəzetində dərc olunan məqaləsində bunu əminliklə qeyd edib.

“Avropa böhrandan keçir. Həyatımızın çərçivəsini müəyyən edən xristian sivilizasiyası yox olur”, - deyə hökumət başçısı yazıb.

Onun fikrincə, Avropa İttifaqı da tənəzzüldədir. “Son üç onillikdə qitənin qlobal iqtisadi çəkisi əhəmiyyətli dərəcədə və davamlı şəkildə azalıb. Avropa nizamı gözümüzün qabağında yoxa çıxır - daimi terror təhlükəsi var, bu da İttifaq ölkələrinin ictimai təhlükəsizliyi zəiflədir”, - deyə Orban qeyd edib.

O, hesab edir ki,Avropanın beynəlxalq siyasətdə də öz maraqlarını müdafiə etmək imkanları azalıb – bağlanmalar və blokadalar, qonşuluqda müharibə. “Bütün bunlar Avropa ölkələrini çətin vəziyyətə salıb, üstəlik, insanların gündəlik həyat şəraiti də çətinləşib”, - deyə baş nazir əlavə edib.

Bunun günahını Aİ rəhbərliyinin yanlış siyasəti ilə əlaqələndirərək, o deyib ki, Brüssel bürokratları, şübhəsiz ki, yalnız bir işdə uğur qazanırlar – milli dövlətləri zəiflətmək və öz güclərini artırmaq. “Bu elita bizə kommunistləri xatırladır. Xalqın mənafeyini düşünmürlər, öz ideallarının uğursuzluğunu xalqın üzərinə yazırlar. Onların hazırkı zərbəsi zəhərli yaşıl siyasət və qarışıq cəmiyyət idealıdır”, - deyə Orban qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »