Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-a “ağıllı prezident” rəhbərlik etsə, Çin, Rusiya və KXDR bizə düşmən olmayacaq - Tramp
ABŞ-a “ağıllı prezident” rəhbərlik etsə, Çin, Rusiya və KXDR bizə düşmən olmayacaq - Tramp

ABŞ prezidentliyinə namizəd Donald Tramp yeni sirli bəyanatı ilə seçilərək, Co Baydenin Amerika lideri kimi uğursuzluğuna işarə edib. Onun sözlərinə görə, əgər ABŞ-ın “ağıllı prezidenti” olarsa, o zaman Vaşinqtonun düşməni olmayacaq.

Bizimyol.info xəbər verir ki, Virciniya ştatında seçki kampaniyası zamanı Tramp bildirib ki, Rusiya, Çin və Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-ın hazırkı prezidentinə hörmət etmir.

"Xarici düşmənlərimiz var - Çin, Rusiya, Şimali Koreya. Amma ölkənin ağıllı prezidentimiz olsaydı, onlar əslində düşmən olmazdılar. Onlar düşmən olmayacaq, ağıllı prezidentimiz olsa, birlikdə çox böyük və gözəl işlər görəcəklər", - deyə prezidentliyə namizəd bildirib.

Bundan başqa, Tramp seçkilərdəki qələbəsindən sonra Ukrayna ilə Rusiya arasında müharibəyə son qoya biləcəyini və bunu Ağ Evə girməzdən əvvəl edəcəyini bir daha bildirib.

"Reuters" yazıb ki, Donald Trampın iki əsas müşaviri - Keyt Kelloq və Fred Fleyts ona Ukraynadakı müharibəni bitirmək planını təqdim ediblər. Qeyd edilib ki, bu plan Ukraynanın Rusiya Federasiyası ilə sülh danışıqlarına başlayacağı təqdirdə daha çox Amerika silahı ala biləcəyini nəzərdə tutur.

Daha sonra Trampın kampaniyası bildirib ki, əgər o, yenidən ABŞ prezidenti seçilərsə, onun prioriteti Rusiya və Ukrayna arasında müharibəni mümkün qədər tez bitirmək olacaq, lakin Avropa ölkələri təhlükəsizliyin dəstəklənməsinə daha çox kömək etməlidir.

Co Baydenlə debat zamanı Tramp bildirib ki, Vladimir Putin Ukraynanı ələ keçirəcək. Eyni zamanda o, bir neçə dəfə vurğulayıb ki, əgər prezident olsaydı, Rusiya heç vaxt Ukraynaya hücum etməzdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »