Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: Problem Baydenin yaşında deyil, onun bacarıqsızlığındadır
Tramp: Problem Baydenin yaşında deyil, onun bacarıqsızlığındadır

İyunun 27-də canlı yayımda keçirilən debatda “ölkəni dağıtmağa çalışan adama” qarşı böyük uğur qazandığını iddia edən Tramp, Baydenin “nə etdiyini bilmədiyini” deyib.

Bizimyol.info xəbər verir ki, bu barədə Tramp Virciniya ştatında seçki kampaniyası zamanı danışıb.

Dünyada heç kimin Baydenə hörmət etmədiyini bildirən Tramp: “Problem Baydenin yaşı deyil, onun bacarığının qeyri-kafi olmasıdır”, - deyə qeyd edib.

Seçimin “güclü və zəif, kafi və qeyri-kafi, sülh və müharibə” arasında olduğunu bildirən Tramp, dünyanın 3-cü Dünya Müharibəsinə hər zamankindən daha yaxın olduğunu qeyd edib.

Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri üçün mübarizə aparan Demokratlar Partiyasının üzvü Bayden və onun Respublikaçı rəqibi Tramp canlı yayımda ilk debatda olublar.

Tramp proqram boyu rəqibinə qarşı açıq üstünlük əldə edə bilməsə də, Bayden ikinci namizədliyində yaşı ilə bağlı narahatlıqları aradan qaldıracaq bir performans nümayiş etdirə bilməyib və proqramdan sonra sıx tənqidlərə məruz qalıb.

Baydenin namizədlikdən geri çəkilməsi ilə bağlı müzakirələr getdiyi bir vaxtda, Respublikaçı Nümayəndələr Palatasının üzvü Çip Roy, "Konstitusiyaya 25-ci Düzəliş"dən istifadə edərək, vitse-prezident Kamala Harrisin prezident Baydenin istefasını tələb etmək üçün qanun layihəsi hazırladığını açıqlayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »