Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib

Avropa İttifaqı Rusiya Federasiyasına qarşı sanksiyalar siyahısını genişləndirərək ona daha iki fiziki şəxs və dörd şirkəti, o cümlədən Rusiyanın konteyner dəmir yolu daşımalarının operatoru - "TransContainer" şirkəti, eləcə də onun baş direktoru Mixail Kontserev əlavə edib.

Bizimyol.info xəbər verir ki, Avropa İttifaqının rəsmi jurnalında dərc olunan Avropa İttifaqı Şurasının qərarında qeyd edildiyi kimi, siyahıya həmçinin iş adamı Dmitri Beloqlazov və Aİ Şurasının məlumatına görə, Rusiya iş adamlarının aktivlərinin sanksiyalardan çıxarılması sxemində istifadə edildiyi iddia edilən üç şirkət də var.

Söhbət "Raiffeisenbank"a Avstriyanın "Strabag" tikinti konserninin payını satmaq üzrə uğursuz sövdələşmənin iştirakçıları olan “Titul” MMC, “İliadis” ASC və MCAO “Rasperia Trading Limited”dən gedir. Aİ şirkətlərin siyahıya daxil edilməsini onların sanksiyalardan yayınmaq cəhdi kimi izah edir. May ayında bu şirkətlər ABŞ sanksiyalarına məruz qalıb.

Xəbər verildiyi kimi, Oleq Deripaska daha əvvəl "Strabag"a onun nəzarətində olan konserndə paya malik olan "Rasperia Trading Limited" şirkətinin satışı barədə məlumat vermişdi. Konsern bildirib ki, hazırda şirkət "Strabag"dakı payı ilə birlikdə "İliadis" SC-nin nəzarətindədir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »