Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan Avropa İttifaqına üzvlük arzusu ilə antirusiya siyasətinə kəskin şəkildə davam edir"
"Ermənistan Avropa İttifaqına üzvlük arzusu ilə antirusiya siyasətinə kəskin şəkildə davam edir"

Ermənistan Avropa İttifaqının bir hissəsi olmaq istəyir və buna görə də Rusiyanın rəhbərlik etdiyi KTMT-dən çıxmaq istəyir. Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan bunu Latviyaya səfəri zamanı müsahibəsində bildirib. “Biz Ermənistanın Avropa İttifaqına doğru getməsindən danışdıq. Və buna görə də o, Rusiyanın rəhbərlik etdiyi KTMT-dən çıxmaq istəyir. Ermənistan da bizə məlumat verdi ki, rus hərbçiləri tədricən ölkəni tərk edirlər”, - deyə Alen Simonyan qeyd edib.

Ermənistan Aİ-yə daxil olarsa, Rusiyanın reaksiyası necə ola bilər?

Ermənistan yaxın gələcəkdə ölkələr arasında yaxşı münasibətlər gözləmir. Xüsusən də, indiki Rusiya hakimiyyəti dövründə etimad yoxdur. Alen Simonyan qeyd edib ki, bir neçə gün əvvəl parlamentdə Ermənistanın Aİ-yə üzv olması üçün referendum keçirilməsi ilə bağlı müzakirələr gedirdi.

“Düşünürəm ki, nə vaxtsa yaxın gələcəkdə bizdə bu referendum olacaq və mən əminəm ki, xalqımız “hə” deyəcək”, - deyə Alen Simonyan bildirib.

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan rəhbərliyinin Avropa İttifaqına inteqrasiya uğruna antirusiya siyasəti fonunda həyata keçirilir.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Latviyada keçirilən görüşdə qeyd edilənləri Ermənistanın rəsmi siyasəti kimi də qəbul etmək olar. Onlar Azərbaycana qarşı ərazi iddialarının olmadığını qeyd edirlər. Konstitusiyanın Azərbaycana qarşı ərazi iddiaları var, bunu dəyişmək təmirlər. Ermənistan Qarabağın itirilməsində də ciddi şəkildə Rusiyanı ittiham edir”- deyən politoloq hesab edir ki, bu proseslər konkret olaraq, Ermənistan tərəfinin ikili standartlarından irəli gəlir.

Politoloqun fikrincə, əgər Ermənistan sülhə hazırdısa, ilin axırına kimi sülh müqaviləsi imzalanmalıdır, konstitusiyada da dəyişikliklər etməlidir.

“Əgər bu da baş verməsə, mövcud proseslər müsbət nəticələnməyəcək”-deyə Məhəmməd Əsədullazadə əlavə edib.

İradə Cəlil, Bizimyo.info

Son xəbərlər
Bütün xəbərlər »