Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lift qəzasından qorunmaq üçün hansı təhlükəsizlik qaydalarına əməl olunmalıdır? - Ekspert izah edir
Lift qəzasından qorunmaq üçün hansı təhlükəsizlik qaydalarına əməl olunmalıdır? - Ekspert izah edir

Son zamanlar ölkədə lift qəzalarının sayı artıb. Qəza xəbərlərini eşidəndə istənilən binada liftə qorxa-qorxa minirik ki, əcəl bizi liftdə yaxalamasın.

Liftdə hansı təhlükəsizlik qaydalarına necə əməl edilməlidir?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ümumiyyətlə liftlər təhlükə potensialı obyektlər siyahısındadır. Bu səbəbdən də, onların istismarı zamanı təhlükəsizlik məsələsi hər zaman ön planda olmalıdır.

Elmar Nurəliyev Elmar Nurəliyev

“Mütləq onun təhlükəsiz istismarına cavabdeh şəxs olmalıdır. Həmin cavabdeh şəxsin də borcudur ki, ixtisaslaşmış müəssisə ilə yəni lisenziyası olan müəssisə ilə müqavilə bağlasın və liftin təhlükəsiz istismarını həyata keçirsin. Əgər liftdə hər hansı bir nasazlıq varsa, onun istismarı dərhal dayandırılmalı, həmin nasazlıq aradan qaldırılmalıdır. Bundan sonra istismarına icazə verilməlidir. Yəni liftin quraşdırıldığı yerdə mütləq ki, onun istismarına cavabdeh şəxslər var. Həmin cavabdeh şəxslər bu işləri təmin etməli, təşkil etməli, ixtisaslaşmış müəssisə ilə müqavilə bağlamalıdırlar. Həmin müqavilə əsasında ixtisaslaşmış müəssisə tərəfindən liftlərin texniki baxışdan keçirilməsi və nasazlıq varsa aradan qaldırılması həyata keçirilməldir.

Liftin nasaz olmuş böyük qatları, qurğuları, detalları, elektrik sistemi, tros sistemi, əyləc sistemi yəni hər biri lisenziyası olan olan məhsullar olur. İstehlakçı müəssisə tərəfindən həmin detallara 2-3 il istismar müddəti verilir. Həmin müddətdə mütləq həmin detal yenisi ilə də əvəz olunur. Bunların hər biri təhlükəsizlik üçündür. Yəni hər hansı bir hadisə baş verəndə risk olmasın”-deyə ekspert bildirib.

Liftlərin istismar müddəti varmı?

Ekspertin sözlərinə görə, ümumiyyətlə liftlərin istismar müddəti var. Bu da istehsal edən, istehlakçı firmadan asılıdır: “Elə liftlər var ki, istehlakçı firma tərəfindən 25 illikdir. Elə liftlər də var ki, 30 illikdir. Bu, istehlakçı firmanın müəyyənləşdirdiyi bir konsepsiyadır. Lift harda quraşdırılıbsa, həmin şəxslər tərəfindən buna nəzarət olunur. Liftin istismarına dair cavabdeh şəxslərdə xüsusi jurnallar var. Həmin cavabdeh şəxslər xüsusi ayrılmış jurnalda liftin dəyişilən detalları istismar müddəti barədə texniki qulluğun göstərməsi barədə vaxt aşırı hər birisi həmin jurnalda qeydiyyat aparmaqla bunu təşkil edirlər”.

Lift nə zaman qırıla bilər və yaxud lift qəzası nə zaman baş verə bilər?

“Liftin trosunun və əyləc sisteminin qırılması elektrik sistemində baş verən nasazlıq liftdə qəzalara səbəb ola bilər. Ona görə də liftdə mütləq ehtiyat generatoru olmalıdır. Elektrik sistemində problem baş verərsə, işıqlar sönərsə kiminsə liftdə qalmaması üçün ehtiyat generatoru nəzərə alınmalıdır. Ehtiyat generatoru olduğu zaman lift sonuncu mərtəbəyə enir, qapı açılır, içəridə qalan şəxslər sağ salamat və heç bir zərər görmədən xilas olur.

Liftlərdə tors sistemi ilə yanaşı, kabinanın özünün əyləc sistemi və ehtiyat troslar var. Yəni bunların biri qırılsa, o biri saxlayır. Liftin qırılıb şaxtaya düşməsi, nadir hadisələrdəndir. Yəni belə hadisə çox nadirən olan bir hadisə ola bilər. Sizi təsəvvür edin: lift nə vəziyyətdə olmalıdır ki, tam istismara yarasız olmalıdır ki, qırılıb şaxtaya düşsün. Yəni əks halda liftin qırılıb, şaxtaya düşməsi mümkün deyil. Hətta bir dəfə çox yüklənmə ilə liftin trosun qırılması mümkün deyil. Mütəmadi olaraq yüklənmə olduqda, artıq tros sistemi də əyləc sistemi də istismar müddətini vaxtından tez başa vurmağa başlayır.

Sərnişinlər üçün nəzərdə tutulan liftlərdə yük götürmə qabiliyyəti istehsalçı firma tərəfindən müəyyənləşdirilir. Bu da 300-400 və ya 400-500 arası ola bilər. Yük liftlərində 700-800, 800-900, 1 ton və 1 tondan artıq yük götürmə qabiliyyəti ola bilir. Hansısa tondan artıq liftin trosu qırılsın, bu da mümkün deyil. İndi müasir liftlərdə demək olar ki, sistem var. Onlarda tondan artıq yüklənmə olduqda avtomatik liftin qapısı bağlanmır. Yəni bu problem birdəfəlik həll olunub. Bu da liftin norma daxili yüklənilməsinin qarşısını alır. Bu zaman hər hansı bir qəza hadisəsi baş vermə riski minimum olur.

Liftlərin divarlarında “4 nəfərdən, 3 nəfərdən, 5 nəfərdən artıq liftə minmək qadağandır” xəbəardarlıq edən lövhələr asılmalıdır. Bununla yanaşı, sensor dedektorları daqoyulmalıdır. Belə olan halda, liftin də istismar müddəti vaxtından tez başa çatmır. Bunu bina çalışanları da nəzarətdə saxlamalıdır.

Vətəndaşlar da diqqətli olmalıdır. Yeni tikili binalarda vətəndaşlar evlərini təmir etdirərkən ustalar çağırır. Bu ustalar özləri ilə gətirdiyi daş, qum, sementi sərnişin üçün təyin olunan lift vasitəsilə qaldırırlar. Lift 500 kilo tutursa, 600-700 kiloqram ağırlığında olan yük vurur ki, çox get-gəl etməsin. Bu da liftin istismar müddətinə təsir edən amillərdəndir. Təbii ki, bunu bir dəfə etməklə qırılmaz, amma yeni problemlərə yol aça bilər. Ona görə bu məsələdə vətəndaş daha diqqətli olmalıdır”-deyə Elmar Nurəliyev vurğulayıb.

Ekspertin fikrincə, intensivlik olan binalarda ayda 1 dəfə yox, ayda 2 dəfə həmin ixtisaslaşmış müəssisədən mütəxəssis dəvət edib, yoxlama aparılmalıdır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »