Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mask seçki debatlarını Baydenin əvəzlənməsinə hazırlıq hesab edir
Mask seçki debatlarını Baydenin əvəzlənməsinə hazırlıq hesab edir

Elon Mask bildirib ki, ABŞ prezidentliyinə namizədlər Co Bayden və Donald Tramp arasında cümə günü gecə baş verən debat hazırkı Amerika liderini Demokratlar Partiyasından başqa bir namizədlə əvəz etmək üçün səbəbdir.

Bizimyol.info xəbər verir ki, Mask bu barədə "X" sosial şəkəkəsində yazıb.

"Onlar - Tramp və Bayden sadəcə danışan kuklalardır. Bu, Baydenin dəyişdirilməsinə hazırlıqdır", - deyə Musk CNN şərhçilərinin "Baydenin kürəyinə bıçaq zərbələri vurdular" mesajına cavab olaraq X istifadəçilərindən birinə cavab verərək qeyd edib.

ABŞ tarixində indiki və keçmiş prezidentlər arasında ilk televiziya seçkiləri debatı Atlantada keçirilib. Bayden və Trampa danışma üçün əvvəlcədən hazırlanmış mətinlərdən istifadə etmək qadağan edilib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq Respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb. Debatdan sonra “Politico” qəzeti mənbələrə istinadən yazıb ki, Demokratlar Partiyasının bəzi nümayəndələri Baydenin uğursuzluğuna görə onun başqa namizədlə əvəzlənməsi imkanlarını aktiv şəkildə müzakirə etməyə başlayıblar.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »