Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stoltenberq: Rusiya ilə KXDR arasındakı razılaşma bu ölkələrin birlik dərəcəsinə yüksəlib
Stoltenberq: Rusiya ilə KXDR arasındakı razılaşma bu ölkələrin birlik dərəcəsinə yüksəlib

"Müharibə baş verərsə, dərhal hərbi yardımın göstərilməsini nəzərdə tutan Rusiya və KXDR arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilə Moskva və Pxenyanın maraqlarının nə dərəcədə üst-üstə düşdüyünü göstərir".

Bizimyol.info xəbər verir ki, bunu Cənubi Koreyanın "Yonhap" agentliyinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Bu ölkələr arasında bağlanan qarşılıqlı müdafiə müqaviləsi onların indi nə qədər yaxınlaşdıqlarını göstərir. Buna çox ciddi yanaşmaq lazımdır”, - deyə Stoltenberq bildirib.

O, həmçinin Cənubi Koreyanı Ukraynaya birbaşa ölümcül silah tədarükünə başlamağa çağırıb və belə bir addımın etikasına haqq qazandırmağa çalışıb. Koreya Respublikası aktiv hərbi münaqişə zonalarına silah vermir. “Şimali Koreyanın Rusiyaya yardımı ilə Cənubi Koreyanın Ukraynaya mümkün yardımı arasında heç bir etik paralellik olmamalıdır”, - deyə Stoltenberq bildirib.

Onun fikrincə, Rusiyaya yardım qanunsuz xarakter daşıyacaq, çünki Rusiya müharibəyə başlamaqla beynəlxalq hüququ pozub. “Ukraynaya özünü müdafiə etməyə kömək etmək qanunidir”, - deyə vəzifəsini tərk edən baş katib bildirib.

İyunun 20-də Koreya Respublikası Prezident Administrasiyasının Milli Təhlükəsizlik Departamentinin rəhbəri Çanq Ho-jin bildirib ki, hakimiyyət Ukraynaya birbaşa silah tədarükü məsələsinə yenidən baxacaq. İyunun 19-da Rusiya prezidenti Vladimir Putinin Pxenyana səfəri zamanı KXDR ilə hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »