Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Trampa: “Sizdə olan sahibsiz küçə pişiyinin əxlaqıdır”
Bayden Trampa: “Sizdə olan sahibsiz küçə pişiyinin əxlaqıdır”

ABŞ prezidenti Co Bayden hesab edir ki, keçmiş dövlət başçısı Donald Trampın sahibsiz küçə pişiyi kimi əxlaqi prinsipləri var.

Bizimyol.info xəbər verir ki, o, bu fikri Corciya ştatının Atlanta şəhərində qarşıdan gələn seçkilərdə respublikaçı rəqibi ilə ilin ilk teledebatındakı çıxışı zamanı deyib. Yayım Amerikanın bütün böyük televiziya şirkətləri tərəfindən həyata keçirilir.

“Tariximizdə heç bir prezident bu cür danışmadı, hələ də ittiham edildiyiniz cinayətlər və bütün mülki cəzalarınız barədə düşünün. Mülki cərimələrə görə, bir qadına ictimai yerlərdə təcavüz etdiyinizə görə, daha  başqa şeylər də var, arvadının hamilə olduğu gecə başqa bir qadınla yaxınlıq etməyə görə neçə milyard dollar ödəməlisən? Nə haqqında danışırsan? Sizdəki sahibsiz küçə pişiyinin əxlaqıdır”, - deyə Bayden bildirib.

“Mən bir o aktirisa ilə yaxın olmamışam”, - deyə cavab olaraq Tramp vurğulayıb. O əlavə edib ki, məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

Mayın 30-da Nyu-Yorkda münsiflər heyəti keçmiş aktrisa Stormi Danielsə pul ödəmək üçün “Trump Organization”un maliyyə sənədlərinin saxtalaşdırılmasına görə keçmiş prezidenti təqsirli bilib. Respublikaçı bütün 34 maddə üzrə ittiham edilib. Hökm iyulun 11-nə təyin edilib. Trampı 20 ilə qədər həbs gözləyir. O, ABŞ tarixində münsiflər heyəti tərəfindən cinayətdə təqsirli bilinən ilk keçmiş prezident olub.

Son xəbərlər
Bütün xəbərlər »