Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: “Rusiya Ukraynanı tamamilə işğal edə bilər”
Tramp: “Rusiya Ukraynanı tamamilə işğal edə bilər”

"ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Kiyev Rusiya ilə hərbi münaqişədə qalib gəlmir".

Bizimyol.info xəbər verir ki, Tramp iyunun 27-də axşam Corciya ştatının Atlanta şəhərində 2024-cü ilin ilk televiziya debatında danışarkən deyib.

“ABŞ prezidenti Co Bayden bizi Ukrayna və Rusiya ilə pis vəziyyətdə qoydu, çünki Ukrayna bu müharibədə qalib gəlmir”, - deyə çıxış etdiyi, Amerikanın bütün böyük televiziya şirkətləri tərəfindən yayımlanan debatda söyləyib. Eyni zamanda Tramp “Rusiya Ukraynanı tamamilə işğal edə bilər” bəyanatını verib.

ABŞ-ın keçmiş prezidenti deyib ki, Ukrayna bu qədər insan itirib və bu, çox kədərlidir. “Onların insanı, əsgərləri tükənir. O qədər insan itiriblər ki, min illərlə yaşı olan qızıl günbəzli o qədər möhtəşəm şəhərləri itiriblər. Bütün bunlar isə ona və onun axmaq qərarlarına görədir”, - deyə o, Baydeni uğursuz Ukrayna siyasətinə görə günahlandırıb.

Tramp həmçinin iddia edib ki, Rusiya keçmiş prezidentlər Corc Buş, Barak Obama və Co Baydenin administrasiyaları dövründə “çoxlu ərazilər qazanıb”, lakin onun dövründə buna bənzər bir şey olmayıb. ABŞ-ın keçmiş prezidenti bunu “Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibət qurması” ilə əlaqələndirir.

İyunun 14-də Rusiya Federasiyasının prezidenti Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşündə Ukraynadakı vəziyyətin həlli üçün şərtləri açıqlayıb. Onların arasında Ukrayna Silahlı Qüvvələrinin Donbass və Novorossiyadan çıxarılması, Kiyevin NATO-ya üzv olmaqdan imtinası var. Bundan əlavə, Rusiya Qərbin ona qarşı tətbiq etdiyi bütün sanksiyaları ləğv etməyi və Ukrayna üçün bloklara qoşulmamaq və nüvə silahından azad statusun yaradılmasını zəruri hesab edir.

Putin bildirib ki, Ukrayna və Qərb bu şərtlərdən imtina etsələr, gələcəkdə dəyişə bilərlər. Kiyev Rusiyanın sülh planını rədd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »