Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİN: "Sumqayıtda yanğınla bağlı ərazi və sakinlərin əmlakı mühafizəyə götürülüb"
DİN: "Sumqayıtda yanğınla bağlı ərazi və sakinlərin əmlakı mühafizəyə götürülüb"
Sumqayıt şəhərində yaşayış binalarından birində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, bütün zəruri tədbirlər görülür, ərazi və sakinlərin əmlakı mühafizəyə götürülüb.

Qeyd edək ki, Sumqayıt şəhəri, stansiya Sumqayıt adlanan ərazidə doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın zamanı 25 bina sakini təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə olunub.

22:22

Sumqayıtda yaşayış binasında baş verən yanğın söndürülüb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğının qarşısı alınıb.

Yanğın nəticəsində tüstüdən zəhərlənən 4 nəfər xəstəxanadadır.

21:55

Sumqayıtda yaşayış binasında yanğın baş verib, tüstüdən zəhərlənənlər var.

Hadisə “Stansiya Sumqayıt” adlanan ərazidə, keçmiş məcburi köçkünlərin yaşadığı binada qeydə alınıb.

İlkin məlumata görə, 4 nəfər tüstüdən zəhərlənib. Təcili tibbi yardımın köməyi ilə onlar xəstəxanaya çatdırılıb.

Ümumilikdə 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.  (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »