Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran və Rusiya qaz tədarükünə dair müqavilə imzalayacaqlar
İran və Rusiya qaz tədarükünə dair müqavilə imzalayacaqlar

İran yaxın vaxtlarda Rusiya Federasiyasından qaz tədarükü ilə bağlı Moskva ilə müqavilə imzalamağa hazır olduğunu bəyan edib.

Bizimyol.info xəbər verir ki, İranın neft naziri Cavad Oudcinin dediyi kimi, ölkənin infrastrukturu tezliklə Rusiya qazını qəbul etməyə hazır olacaq.

Bir gün əvvəl “Qazprom” rəhbəri İran Milli Qaz Şirkəti ilə Rusiya Federasiyasından İrana qaz nəqlinin təşkilinin işlənməsi üzrə Strateji Memorandum imzalayıb. Daha sonra iki ölkə liderləri telefonla enerji sahəsində əməkdaşlığı müzakirə ediblər.

İran prezidenti Məhəmməd Moxber Vladimir Putinlə söhbətində bu sənədin regionun iqtisadi inkişafı və Moskva ilə Tehran arasında əlaqələrin dərinləşməsi üçün mühüm addım olacağını deyib. “Rusiya qazının İrana tədarükü ilə bağlı birgə memorandumun imzalanması iki ölkə arasında münasibətlərin dərinləşməsi yolunda böyük addım və regionun iqtisadi inkişafı üçün effektiv tədbirdir”, - deyə İranın "Tasnim" agentliyi Moxberə istinadən xəbər verib.

Qeyd edək ki, müqavilə bağlanandan sonra İran Rusiyadan qaz almağa başlayacaq və daha sonra onu daha baha qiymətə İraq, Türkiyə və Pakistana ixrac edəcək. İran hesab edir ki, müqavilə iki ölkə və bütövlükdə region üçün böyük əhəmiyyət kəsb edəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »