Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Putin yenidən Rusiyanın ölkə başçısı seçildikdən sonra "çoxqütblü" dünya nizamı yaranmağa başladı"
"Putin yenidən Rusiyanın ölkə başçısı seçildikdən sonra "çoxqütblü" dünya nizamı yaranmağa başladı"

"Dünya həqiqətən də 3-cü Dünya Müharibəsini gözləyir". Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan müsahibəsində bildirib. "Böyük müharibə, böyük sülh" prizamsından baxsaq Dünya həqiqətən də regional və qlobal müharibəni, o cümlədən 3-cü Dünya Müharibəsini gözləyir. Düşünürəm ki, dünya bu ssenarini və bu təhlükəni ciddi qəbul etməlidir. Belə bir risk var”-deyə Fidan bildirib.

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Üçüncü Dünya Müharibəsi riski Rusiya-Ukrayna müharibəsindən bəri mövcuddur. Çünki dünya ikiqütblü dünya nizamı olduğu halda, 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqının dağılması ilə ilk dəfə birqütblü oldu.

Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud Kərəm Qarabulud

“Başqa sözlə, ABŞ-ın təmsil etdiyi qüvvələr alyansı dünyanın hökmdarına çevrilib. Lakin Putin yenidən Rusiyanın ölkə başçısı seçildikdən sonra bu vəziyyət dəyişməyə başladı və yenidən çoxqütblü dünya nizamı yaranmağa başladı. Bu çoxqütblü vəziyyət iqtisadi, siyasi və coğrafi baxımdan yaranmağa başlamışdır. Rusiya, İran və Çin ABŞ-a qarşı başqa bir qütbə çevrilməyə başladı. Bu vəziyyət ABŞ-a yaraşmadığından, müxtəlif münaqişələrə dəstək verərək daima hadisələrin gedişatını sarsıtmağa çalışırdı. Bu prosesdə, Üçüncü Dünya Müharibəsinin qismən versiyası əslində "proxy" müharibələri vasitəsilə görünür. Ancaq xüsusilə nüvə silahından istifadə riski bu vəziyyətin böyüməsinə mane olan əhəmiyyətli bir vəziyyət olaraq görülür. Bir sözlə, Üçüncü dünya müharibəsi riski həmişəkindən daha yüksəkdir”-deyə professor bildirib.

Professorun sözlərinə görə, ölkələrin və dünyanın böyük itkilərlə üzləşəcəyinin bilinməsi buna mane olur. Tam müharibə üçün, Rusiya-ABŞ, ABŞ-Çin və İsrail-İran kimi ölkələr birbaşa müharibəyə başlamalıdır.

Professorun fikrincə, ölkələr üçün bu riskə getmək çətindir.

“Bir şeyi demək lazımdır ki, dünya böyük ədalətsizliklə yanaşı, müharibə riski ilə də yaşayır”-deyə Kərəm Qarabulud əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »